Hollivudun yaşlanmayan simalarından olan Salma Hayek gözəlliyi, şəxsi həyatı barədə maraqlı açıqlamalar verib.
Teleqraf.com xəbər verir ki, aktrisa film təqdimatlarının birində jurnalistlərin suallarını cavablandırıb. 49 yaşı olmasına baxmayaraq aktrisa hələ də özünü cəlbedici hesab etdiyini bildirib:
“Əlbəttə, hamı kimi bəzi məqamlarda mən də yaşımla əlaqədar olaraq nigarançılıq keçirirəm. Amma onu da deyim ki, hələ də özümü cəlbedici hesab edirəm. Çünki həyat yoldaşım bunu mənə çox yaxşı hiss etdirir”.
Qeyd edək ki, hazırda Fransua Henri Pinaultla ailəli olan aktrisanın bu evlilikdən bir qızı var.
Pərvin