25 İyun 2016 08:05
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı sənətçilərin ən çox istifadə etdiyi “İnstaqram” sosial şəbəkəsi yeni "prisma" adlı proqram tətbiq edib.

Teleqraf.com xəbər verir ki, məşhurlar da “qonşudan qalma dala” prinsipini əsas tutaraq bu proqramın özəlliklərindən istifadə edib, fotolarını izləyicilərlə paylaşıblar.

Fotolarını paylaşan məşhurlar arasında yeni proqramın tətbiqinə ən gülməli reaksiya müğənni İlhamə Qasımovadan gəlib. O “İnstaqram”da “prisma”lı fotosunu paylaşaraq, yazıb:

“Daha rəssamlara ehtiyac qalmayacaq deyəsən. 5-6 il öncə modda idi...İndi yenə yarandı belə funksiyalar. Adı da oldu Prisma. Pomidor dönüb ketçup olan kimi. Hər şeyə yaxşı prizmadan baxıb, baxılmağı arzu edirəm”.
Teleqraf.com xəbər verir məşhurların “prisma”lı fotolarını təqdim edir:

Pərvin


Müəllif:

Oxşar xəbərlər