Ötən gün “Givenchy” moda evinin dəfiləsi keçirilib.
Publika.az xəbər verir ki, dəfilədə 3 həftə əvvəl beşinci uşağını dünyaya gətirən 34 yaşlı rusiyalı model Natalya Vodyanova da iştirak edib. Belə görünür ki, modelin analıq məzuniyyəti cəmi üç həftə davam edib. Modelin doğuşdan sonra, 3 həftə ərzində əvvəlki formasına qayıtması hər kəsi təəccübləndirib. Amma karyerasında uzun fasilə verməyi xoşlamayan Natalya əvvəllər də doğuşdan çox qısa müddət sonra modellik fəaliyyətinə geri qayıdıb.
Xatırladaq ki, iyunun 4-də modelin məşhur milyarder Antuan Arnodan oğlu dünyaya gəlib.