28 İyun 2016 21:53
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc aktrisa Pərvin Abıyeva mərhum aktrisa Nuriyyə Əhmədova ilə montaj olunan şəkillərinin yenidən yayılmasına kəskin etiraz edib.

Teleqraf.com xəbər verir ki, baş verənlər aktrisanın mütamadi istifadə etdiyi “İnstaqram” şəbəkəsinin bağlı rejimə keçməsinə səbəb olub.

O fikirlərini sosial şəbəkədə belə ifadə edib:
“Bəzən bu ölkədə yaşayan bəzi səviyyəsizlərin ucbatından burada doğulduğum və yaşadığım üçün nifrət edirəm. Böyük sənətkarımız yaşayarkən bu səviyyəsiz şəkli düzəldiniz, yaydınız səsimi çıxartmadım. Amma indi insafınız, şərəfiniz, ləyaqətiniz olsun. Bu xanım rəhmətə gedib və artıq onun evi var. Kimə nə mənim “Porshe”m var və onu necə almışam? Mən sizdən soruşuram nə işlə məşğulsunuz, necə pul qazanırsınız, nə sürürsünüz? Bu xanım mənim çox hörmət etdiyim, filmlərindən bəhrələndiyim bir aktrisadır və hər zaman da bəhrələnəcəm. Amma bu o demək deyil ki, elə o vaxtdan bu vaxta qədər evsiz olub, pul qazanmayıb. Nə bilmək olar o öz cavan vaxtlarında sənəti ilə nə qədər pul qazanıb və nə qədər itirib. Bəlkə mən bu yaşlarıma çatanda evsiz, küçədə yaşayacam, onda da hansısa yeni sənətə gəlmiş, gənc imkanlı bir xanımla məni müqayisə edəcəksiniz? Mən belə insanlardan iyrənirəm".

P.Abıyeva qeyd edib ki, yenidən bu şəkli gündəmə gətirməklə onu hörmətdən sala bilməyəcəklər: "Mənim yetərincə sevənim var və hər kəs məni sevmək məcburiyyətində deyil. Bu şəklin altında elə səviyyəsiz rəylər yazırlar ki, elə bil mən fahişəlik edib bu maşını alanda hamısı mənimlə birlikdə olublar, necə də əminliklə danışırlar. Bəsdir boş bekar gəzdiniz. İş tapın işləyin nəinki “Porshe” bundan da artığına sahib olun. İnsan gərək həyatda hər zaman məqsədlə yaşasın, kiməsə paxıllıq edərək arxasında danışarıq yox”.

Pərvin


Müəllif:

Oxşar xəbərlər