Mətbuatda Azərbaycan Dövlət Rəqs Ansamblının rəhbəri Afaq Məlikovanın vəzifəsindən kənarlaşdırıldığı və yerinə xalq artisti Təranə Muradovanın təyin edildiyi haqqında xəbər yayılıb.
Xəbəri dəqiqləşdirmək üçün Təranə Muradova ilə əlaqə saxladıq. Xalq artisti Teleqraf.com-a açıqlamasında Azərbaycan Dövlət Rəqs Ansamblının rəhbəri vəzifəsinə gətirilməsi xəbərinin yalan olduğunu deyib: “Yalan xəbərdir. Sənət adamları haqqında bu tipli xəbərlər yazmaq düzgün deyil. Bu xəbəri saytlardan eşidirik. Mən Afaq xanımla 35 ildən artıqdır ki, birlikdə işləyirəm. Bundan sonra da birlikdə işləyəcəm. Xəbəri dəqiqləşdirdikdən sonra yazmalı idilər. Bilmirəm bu tipli şayiələri kim yayır? Afaq böyük sənətkardır, mən sənətkaram... Bizim kimi sənətkarlar bu tipli xəbərlərlə məşğul deyil, işimizlə məşğuluq”.
Qeyd edək ki, PrimeTime.Az-da Afaq Məlikovanın işindən uzaqlaşdığı və Təranə Muradovanın vəzifəyə təyin olunduğu bildirilib.
Rəqsanə