1 İyul 2016 18:29
1 646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə fəaliyyət göstərən Azəri qızı Günel maraqlı etiraflar edib.

Teleqraf.com xəbər verir ki, Azəri qızı Günel “Gala” jurnalına müsahibəsində İbrahim Tatlısəs ilə münasibətindən danışıb: “İbrahim Tatlısəs mənəvi atamdır. Təbii ki, hələ də onunla görüşürəm. Çox çətin günlər yaşadı, amma çox şükür, yaşayır. Onun sənətinə də təkrar qayıdacağına inanıram. Günü-gündən səhhəti yaxşılaşır. Türkiyədə İbrahim Tatlısəs kimi ikinci səs sahibi yoxdur. Onun yoxluğunda hər kəs özünü “imperator” elan etdi. Amma unutmasınlar ki, ona bu adı xalq verib”.


Müğənni erkən yaşlarda şöhrət qazanmasının çətinliklərindən də danışıb: “12 yaşımda gəlinciklərlə oynamalı olduğum vaxtda siqaret çəkilən məkanlarda mahnı oxuyurdum. Amma Allahıma çox şükür ki, bu yaşıma qədər siqaret çəkmədim, özümü heç vaxt itirmədim. Ailəmdən vaz keçmədim və keçmərəm də. Hələ də ailəmlə yaşayıram”.

Müğənni Türkiyədə konsert verməməsinin səbəbini də açıqlayıb: “Türkiyədə daha çox özəl gecələrə gedirəm. Xaricdə - Almaniyada, Brüsseldə, Moskvada konsert proqramı ilə çıxış edirəm”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər