5 İyul 2016 12:41
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aktyor Conni Dep həyat yoldaşı Amber Heardan ayrıldıqdan sonra qəribə addım atıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, evləndikdən sonra həyat yoldaşının rəsmini qoluna döymə etdirən Conni Dep döyməni qaraltdırıb. Eyni zamanda barmaqlarındakı döyməni də dəyişdirən aktyor Amber Heardın “narın” mənasını bildirən “SLIM” ləqəbini alçaq mənasına gələn “SCUM” sözü ilə əvəz etdirib.

Conni Dep Amber Heard ilə 15 ay evli olub. Cütlüyün ayrılmasına səbəb aktyorun həyat yoldaşını döyməsi olub.

Rəqsanə


Müəllif: