Türkiyəli aktyor Muhlis Asan Fərda Xudaverdiyevin ünvanına təriflər yağdırıb.
Teleqraf.com xəbər verir ki, Muhlis Asan "Aşka gəldik" türk filmində birlikdə çəkildiyi Fərda Xudaverdiyevi aktyor kimi çox bəyəndiyini deyib: "Mənə "usta" demə, sənin oyununu gördükdən sonra bu sözü deməyinə utanıram. Filmimizdə bir neçə səhnəni izlədim. Oynadığın obraza elə bir enerji qatmısan ki, heyran qaldım".
Qeyd edək ki, "Aşka gəldik" filmi Türkiyə ilə yanaşı Azərbaycanda da yayımlanacaq.
Rəqsanə