9 İyul 2016 17:14
1 261
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün müğənni-bəstəkar Eminin təşkilatçılığı ilə keçirilən “Jara” festivalının açılışı olacaq.

Teleqraf.com-un məlumatına görə, bu münasibətlə Rusiya şou-biznesinin tanınmış simaları Bakıya gəlib.

Emin Heydər Əliyev Beynəlxalq Hava Limanında qonaqlarını milli musiqi və rəqs qrupunun müşayiəti ilə qarşılayıb.

“Jara” festivalına qatılanlar arasında Filipp Kirkorov, Ani Lorak, Valeriya, Valeriy Meladze, Nikolay Baskov, Leonid Aqutin, xalq artisti Zülfiyyə Xanbabayeva, əməkdar artist Tünzalə Ağayeva və “Eurovision 2016” təmsilçimiz Səmra Rəhimli, əməkdar artist Murad Dadaşov yer alacaq.

Bu gün və sabah “Sea Breeze” istirahət mərkəzində baş tutacaq tədbirin aparıcılığını Andrey Malaxov edəcək. Festival həm AzTV-də, həm də Rusiyanın birinci kanalında canlı yayımlanacaq (Axşam.az).


Müəllif:

Oxşar xəbərlər