Meqastar Tarkan və həyat yoldaşı Pınar Dilək bal ayına çıxıblar.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, məşhur cütlük lüks yaxta ilə Mərmərədə kameralara görüntüləniblər. Axşam saatlarında yaxtadan ayrılan Tarkan və Pınar Dilək restoranda şam yeməyi yeyiblər.
Qeyd edək ki, bir müddət öncə nigah masasına əyləşən Tarkan konsertlərinə görə bal ayını təxirə salmışdı.
Rəqsanə