Müğənni-bəstəkar Murad Arif bəstələrini türkiyəli ifaçılara satıb.
Axşam.az-ın məlumatına görə, sənətçi yaxın günlərdə mahnıların işıq üzü görəcəyini deyib: “Təyyarə” və “Almalarınla” mahnısını iki türk müğənnisi məndən alıb. Hər ikisi tənqid edilən bəstələrimdir. Biri çox məşhurdur. Biri isə bir az tanınmış ifaçıdır. Adlarını açıqlaya bilmirəm, çünki müqavilədə şərt var ki, sirr saxlanılmalıdır”.
M.Arif solo konsert planlarını açıqlayıb: “Konsert üçün komanda da yığmışam. Zövqlü, saçlı musiqiçilərim var. Mən bunu hansısa restoranda edə bilmərəm. Konsertim “Yaşıl Teatr”da olacaq. Canlı oxumağı xoşlayıram. Hələ təklifləri gözləyirəm. Olmasa, özüm konsert təşkil edəcəm. Zalı dolduracağıma da inanıram. Aranjimanlarımı ucuz etdirmirəm. Qazancım xərcimi ödəyir”.
M.Arif övladlarını mediadan gizlətməsinin səbəbini açıqlayıb: “Övladlarımla bütün günü şəhərdə, gəzintidəyəm. Amma onların mediaya çıxmasını sevmirəm. Çünki çox pis şərhlər yazırlar, əsəbiləşirəm. Ailəm mənim ən zəif yerimdir. Özümlə bağlı xəbərdə nə yazsalar, reaksiya vermirəm. Amma sevdiyim insanlara şərh yazanda, mübahisə edirəm”.
Qeyd edək ki, “Təyyarə” mahnısını natavan Həbibi, “Almalarınla”nı isə Ayaz Qasımov oxuyub.