15 İyul 2016 18:15
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov döyülməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib.

O, sosial şəbəkədə fotosunu paylaşaraq, salamat olduğunu vurğulayıb. A.Cəlilov “Yazılanlara və təxribatlara inanmayın” şərhini yazıb.

A.Cəlilov eyni zamanda atv.az saytına açıqlama verərək, sağ-salamat olduğunu deyib: “Bilmirəm bu yazıları yazan, bu süjetləri verən KİV-lər nə məqsəd güdür? Ən azından mənimlə əlaqə saxlayıb xəbəri dəqiqləşdirə bilərdilər. Lakin heç kəs bunu etmədi, mən də öz növbəmdə məcbur olub sosial şəbəkələrdə şəkilimi paylaşdım ki, dostlarım, qohumlarım nigaran qalmasın. Sağ-salamatam. Bilnmirəm məni “döymək” kimə lazım idi".


Müəllif:

Oxşar xəbərlər