16 İyul 2016 12:54
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nigar Camal haqqında yayılan döyülmə xəbərləri ilə bağlı şəxsi İnstaqram hesabında sərt reaksiya verib.

Teleqraf.com-un məlumatına görə, yayılan xəbərlərdə qeyd olunur ki, Nigar Camalın Azərbaycanın yüksək vəzifəli məmurlarından birinin Türkiyədə yaşayan 21 yaşlı oğlu ilə eşq münasibəti var. Oğlanın valideynləri yaş fərqlərindən dolayı bu münasibətə qarşıdırlar. Bir neçə dəfə cütlüyü ayırmaq istəsələr də, cəhdlər boşa çıxıb, son nəticə olaraq Nigar Camalı qorxutmaq qərarına gəliblər. Belə ki, ifaçı məmurun adamları tərəfindən möhkəm döyülüb və sevgilisindən ayrılma qərarı verib.

Hazırda Londonda olan müğənni övladları ilə birgə çəkilən fotosunu sosial şəbəkədə paylaşaraq, yayılan şayiələrlə bağlı birinci və axırıncı dəfə bunları yazıb:

“Nə qədər istədim susam, amma görürəm ki, mümkün deyil. Xəbər get-gedə yayılır. Belə bir şey çox gülüncdür, məni tanıyan insanlar bilirlər ki, belə bir şey ola bilməz. Mən İngiltərə vətəndaşıyam, Azərbaycanda məmur olmur kim olur olsun, gəlib mənə çırtma vura bilməz. Və mən hələ belə günə qalmamışam ki, kiminsə oğlu, ya da valideyni mənə əl qaldırsın. Bu ölkədə qanun var, qayda var.

Bu xəbəri yazan saytla ciddi işim olacaq. Bu xəbəri nəyə, hansı fakta əsasən yazıb, onun cavabını verəcək.
Azərbaycanda heç kimlə problemim yoxdur. İstər bu dövlətin məmuru olsun, istər aşağı işdən tutmuş yuxarı vəzifələrdə olan dövlət adamları. Bu günə kimi qalmaqalım da olmayıb. Bu ölkə üçün əlimdən gələni etməyə çalışmışam. Bütün dövlət tədbirlərində necə lazımdır iştirak eləmişəm. İstər pulsuz, istər pulla. Hara dəvət olunmuşamsa, durub Londondan gəlmişəm. Bu günə kimi adım heç vaxt belə şeylərdə hallanmayıb. Bu ilkdi. Bunu da kim niyə və hansı məqsədlə eləyib, öyrənəcəm.

Mən qadın kimi, ana kimi və bir müğənni kimi yerimi də hüquqlarmı da yaxşı bilirəm. Bir də öz sənətini davam etdirmək üçün vacib deyil arxanda ya məmur, ya da məmur övladı olsun. Başımı aşağı salıb öz işimlə, öz övladlarımla məşğulam və heç kimlə də işim yoxdur. Amma mənimlə işi olanlarla işim olacaq”.

Pərvin


Müəllif:

Oxşar xəbərlər