20 İyul 2016 12:21
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni Ledi Qaqa nişanlısı, aktyor Teylor Kinnidən ayrılıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, keçən il nişanlanan cütlük 5 illik münasibətlərinə son qoyublar. Malibuda görüntülənən Ledi Qaqanın barmağında nişan üzüyü olmayıb. Ledi Qaqa ilə Teylor Kinninin toy mərasiminin milyon dollarlıq dəbdəbə ilə baş tutacağı gözlənilirdi.

Ledi Qaqa və Teylor Kinni 2011-ci ildə “You And I” mahnısının klip çəkilişlərində tanış olublar.

Rəqsanə


Müəllif: