Eşton Katçerlə ailə qurmasından 1 il keçən aktrisa Mila Kunis onunla romantik hekayəsini xatırlayıb.
Axşam.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, 32 yaşlı Mila yeni rol aldığı "Pis analar" filmi ilə bağlı müsahibə verib.
Söhbət zamanı Kunis şəxsi həyatından da bəhs edib. O, Eştonla romantik görüşündən söz açıb: "O vaxt münasibətimizə ciddi yanaşmırdıq. Heç birimiz evlənməyə can atmırdıq. Eşton yeni boşanmışdı, mən isə uzunmüddətli münasibətimi bitirmişdim. Gələcəyə baxmır, bir-birimizdən zövq almağa çalışırdıq. Üç aydan sonra başa düşdüm ki, hər şey çox irəli gedib. Bir ildən sonra isə evlənmək qərarına gəldik.
Eştonla həmişə yaxın olmuşuq, amma onu kişi, oğlanım kimi qəbul etmirdim. Bir gün hündürboy, enli kürək oğlan gördüm. Geri dönəndə hər şey filmlərdəki kimi dondu. Onun qarşısında ilk dəfə nəfəsim kəsildi. Həmin an o necə də yaraşıqlı idi.
Bir gün məni partiyə dəvət etdi. Oradan çıxanda evinə apardı. onun evini səhər tərk etdim. Biz ilk gecəmizi keçirdik. O günə qədər oğlanımın evində qalmamışdım. Eşton məni buraxmadı".
Qeyd edək ki, cütlüyün bir övladı var. Mila hazırda iki uşağına hamilədir.