Əməkdar artist Röya Ayxan çimərlik geyimində fotosu yayılan xalq artisti Brilliant Dadaşovanı müdafiə edib.
Teleqraf.com xəbər verir ki, Röya Ayxan “İnstagram”da həmkarı haqqında bu sözləri yazıb: “Mənim canım, çox sevinirəm ki, bele ulduzum var! Unutmayaq ki, 75 yaşlı Ajda Pekkan klipinə “mayo”da çəkildi və bütün yayı mayo rekalamlarının üzü oldu! Hamı ona həsrətlə dedi ki, bu bəxtəvərə bax. Bəs niyə starımı qəbul etməyim? Bir az dünyaya geniş baxaq və hər şeyi olduğu kimi qəbul edək! Bəli, məndən yaşca böyük starlarım gözəl görünəndə fəxr edirəm! Rahat olun, azad olun!”
Rəqsanə