21 İyul 2016 18:30
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Ədalət Şükürov gənc ifaçıları tənqid edib.

Müğənni “Hər şey daxil” verilişində onları bir-birinə oxşamaqda günahlandırıb: “Kiməsə oxşamaq yaxşı şey deyil. Cavan müğənnilərin hamısının eyni səsi, tərz var. Hamısı türk tərzi ifa edir. Qulaq asanda bilmirsən oxuyan hansıdır. Bu yaxınlarda bir çəkilişdə idik. Biri arxada oxuyurdu, hamı düşündü ki, oxuyan başqa müğənnidir. Çıxanda gördük ki, sən demə, başqası imiş. Əsas odur ki, oxuyanda səsindən tanısınlar ki, sən kimsən. Ona görə də mən fərqlənirəm. İstəyən qulaq asır, xoşuna gəlməyən yox”.


Müəllif: