İyulun 29-da Aktrisa Beren Saat və müğənni Kənan Doğulunun evliliklərinin ikinci ili tamam olacaq.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisanın ildönümü qabağı şad xəbər aldığı söylənilir. Yaxınları məlumat verir ki, B.Saat hamilədir. "Kösəm Sultan" serialından sonra gələn təklifləri qəbul etməyən və istirahət etmək istədiyini deyən aktrisa əri ilə birgə ABŞ-a tətilə gedib.
Lakin bu günlərdə ABŞ-da qatıldığı bir toy mərasimində aktrisanın əlində içki badəsinin olması hər kəsi çaşdırıb. Yaxın çevrəsi isə onun hamilə olduğunu israrla təsdiqləməyə davam edir.
Qeyd edək ki, keçən il də süni mayalanma yolu ilə hamilə qalmaq istəyən Beren seriala görə planını təxirə salmışdı.