Türkiyədə 15 iyul hadisələrindən sonra meydanlarda demokratiya növbəsinə qatılan məşhur müğənni Uğur Işılakın 37 min TL (18 500 manat – red) pul tələb etdiyi barədə məlumatlar yayılmışdı.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, minlərlə insan qarşısında çıxış edən məşhurların cərgəsinə qatılan Uğur Işılak, haqqında səsləndirilən fikirlərə sərt cavab verib.
“Twitter”dəki hesabından açıqlama yayan müğənni deyib ki, demokratiya növbəsi tədbirlərində çıxış etmək üçün pul alan sənətçi şərəfsizdir:
“Pul almayana da “aldı” deyə iftira atanlar da namussuzdur”.
Ərzurum Böyükşəhər Bələdiyyə sədri Mehmet Sekmen də açıqlama yayaraq Uğur Işılakın qarşılıq gözləmədən tədbirdə çıxış etdiyi üçün ona təşəkkür edib.