Xərçəng xəstəliyindən əziyyət çəkən xalq artisti Ağaxan Abdullayev müalicəsini davam etdirmək üçün iyulun 30-da Türkiyəyə yola düşür.
Bu haqda Teleqraf.com-a xalq artistinin özü məlumat verib: “Sabah yox birisi gün, Türkiyəyə gedirəm. Səhhətim normaldır, sadəcə yoxlanmaq üçün gedirəm. Müalicənin effektini görürəm. Buna görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edirəm. Birinci xanım mənə kömək edir. Sənət dostlarım evimə gəlib ziyarət edirlər. Allah hamısından razı olsun!”
Rəqsanə