29 İyul 2016 13:30
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Xatirə İslam həmkarı Röya Ayxan və prodüser Tarix Əliyevlə illər əvvəl Dubayda çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşıb.

Teleqraf.com xəbər verir ki, Xatirə İslam fotoya bu sözləri yazıb: “Dubaya ilk səfərimiz idi. Çox gözəl günlər keçirdik. Şəxsən mənim hər saniyəsi yadımdadır. Allahıma şükür edirəm ki, 10 ildən artıq səmimi münasibətimizdə zərrə qədər inciklik olmadı. Biz sənətə gəldiyimiz illərdə hər şey çətin idi. Heç birimiz bir-birimizə hörmətsizlik etməmişik”.

Rəqsanə


Müəllif: