29 İyul 2016 15:19
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İkinci Şans” filmi ilə 13 il sonra Özcan Dənizlə kamera qarşısına keçən Nurgül Yeşilçay müzakirələrə səbəb olub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, filmin fraqmenti təqdim edilən zaman Nurgül Yeşilçayın dişləri tamaşaçının diqqətindən qaçmayıb. Bir müddət əvvəl dişlərini düzəltdirən aktrisanın performansında dəyişiklik edildiyi iddia edilib.

“Hisslərini tamaşaçıya çatdıra bilmir”, "Səhnədə tərəf müqabilinə sözləri yaxşı deyə bilmir” kimi tənqidlərə məruz qalan Nurgül Yeşilçay "Paramparça” serialında da eyni problemi yaşamışdı.

Rəqsanə


Müəllif: