Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova hazırda komada olan türk sənətçi Kənan İşığı yad edib.
Teleqraf.com xəbər verir ki, aktrisa rəsmi instaqram hesabında Kənan İşıqla olan fotosunu paylaşaraq, bunları yazıb: “1997-ci il. Çox sevdiyim, dəyərli aktyor və rejissor Kənan İşıqla baş rolu oynadığım rejissor Naci Çelik Berksoyun çəkdiyi “Qolsuz bəbək” adlı filmdən mənə sürpriz olaraq göndərdiyi o günlərdən qalan gözəl bir foto. Allahdan bir an öncə Kənan İşığın yaxşılaşmasını və aramıza geri qayıtmasını istəyirəm”.
Kənan İşıq 2014-cü ilin mart ayında idman zalının hamamından çıxarkən ayağı sürüşüb və yıxılaraq başından ciddi zərbə alıb. Aktyor iki ildən çoxdur ki, komadadır.
Pərvin