Xalq artisti Aygün Kazımovanın prodüseri Roland Bayramov şou-biznesdə daha bir müğənni ilə çalışmağa başlayıb.
Bu barədə Teleqraf.com-a Roland Bayramovun özü məlumat verib. O, “Yeni ulduz” yarışmasının iştirakçısı Türkan Heydərova ilə çalışacağını deyib: “Şou-biznesdə baş verən bir çox proseslərdən uzağam. Qalmaqaldan, səs-küydən kənar gəzən insanam.
Xalq artisti Aygün Kazımova ilə də işbirliyimiz davam edir. Eyni zamanda, Türkanla da çalışıram və birgə yeni layihələrə imza atacağıq. Öncədən söyləməyim, sürpriz olsun”.
Müğənni Türkan Heydərova da R.Bayramovla işbirliyindən danışıb: “Bu günə qədər heç bir zaman reklam dalınca qaçmamışam. Bu sənətə təsadüfi gələn müğənnilərdən deyiləm. Sadəcə, “Yeni ulduz” yarışmasından sonra təhsilimlə əlaqədar olaraq yaradıcılığıma fasilə verdim, indi isə yenidən sənətimə start verirəm”.