5 Avqust 2016 18:24
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum türkiyəli sənətçi Barış Mançonun ifasında eşitdiyimiz və öz dövrünə möhürünü vuran “Lambaya püf de” mahnısı onun əsərlərinin yayım haqqına sahib olan “Müzikotek” şirkəti ilə üzvü olduğu Musiqi Əsərləri Sahiblərinin Birliyini qarşı-qarşıya gətirib.

Biriliyin iddiasına görə, “Anadolu kaşık havası”yla eyni olduğu əsasıyla Barış Mançoya aid bu əsər qeydiyyatdan “anonim” kimi keçib. Bu şəkildə qeydiyyatdan keçdiyi üçün də mahnının müəlliflik hüququna görə icazə ala bilməyən “Müzikotek” məhkəmədə bu barədə iddia qaldırıb. Şirkət mahnının təkrarən Barış Mançonun adına qeyd edilməsini istəyib.

Sevinc


Müəllif:

Oxşar xəbərlər