7 Avqust 2016 18:12
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Oskar" mükafatlı məşhur aktyor Tom Hanks Los-Ancelesdə bir-birinə qonşu olan üç villasından ikisini satışa çıxarıb.

Xarici KİV xəbər verir ki, 60 yaşlı aktyor iki villa üçün 18 milyon dollar istəyir.

Məlumata görə, T.Hanks özünün yaşadığı villanın ətraf ərazisini də kiçiltməyi planlaşdırır.

Qeyd edək ki, "Filadelfiya" (1993) və "Forest Qamp" (1994) filmlərində oynadığı baş rollara görə ardıcıl olaraq iki dəfə "Oskar" mükafatı alıb. O, bir müddət əvvəl mərc oyunlarında 650 min dollar qazanmasına görə də gündəmə gəlmişdi.


Müəllif:

Oxşar xəbərlər