“Eurovison 2016”nın iştirakçısı Səmra Rəhimli haqqında böhtan yazanlara əsəbiləşib.
Teleqraf.com xəbər verir ki, Səmra Rəhimli “İnstagram”da bu sözkəri yazıb: “Mən sakit olduqca siz ağ edirsiniz. Hamınızı məhkməyə verməyə hüququm var. Ucuz saytlarınızı reklam etmək üçün bilmirsiniz ki, hansı yollara əl atasınız! Bugünkü xəbərdən sonra səbr kasam doldu! Bəsdir daha! Mən sinif yoldaşımla görüşüb, kafedə otura bilmərəm? Gərək səviyyəsizliyinizi hərtərəfli göstərəsiniz? Bilmirsiniz Səmranın nəyinə ilişəsiniz, heç nə tapa bilmirsiniz axı, əvvəl geyimimdən yazmağa başladınız, indi də başqa böhtanlar atırsınız.
Ay yazıqlar! Bakı balaca şəhərdir. Kimin nə yolla nə etdiyini hamı bilir. Şəxsi həyatımla maraqlanıb, hər hərəkətimi izləyincə, gedin ailənizin namusunu çəkin! Hər kəs öz ailəsi ilə məşğul olsun, hamının anası da, bacısı da var. Mənə ayırdığınız vaxtın 10%-ni onlara ayırın. Bəlkə öz gözünüzdə tiri görəndən sonra mənim gözümdə çöp axtarmaqdan əl çəkəsiniz! Bundan sonra məndən qorxun! Hər biriniz cavablarınızı alacaqsınız! Danışanda avropalıları pisləyirsiniz, heç olmasa, onlardan bir az mədəniyyət öyrənin! Kaş ki, hamı lüt gəzərdi, amma tərbiyəli olardı. Nəinki bir çoxları kimi çarşaba bürünüb, min rola girib, özlərini avam, tərbiyəli, ev xanımı kimi göstərmək!"