Xalq artisti Brilliant Dadaşova oğlu Cahad Hacıyevi ad günü münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, Brilliant Dadaşova instaqramda ürək sözlərini yazıb: “Əziz balam, bu dünyaya xoş gəlmisən. Sən mənim balaca vaxtımdan ana həsrəti ilə sızlayan qəlbimin tək məlhəmi, tək sevincisən! Allah bütün balaları xoşbəxt eləsin, səni də onların içində”.
Cahad Hacıyev 1990-cı il avqustun 9-da Bakıda doğulub. O da anası kimi sağlam həyat tərzi yaşayır, idmanla məşğul olur.
C.Hacıyev Rus Dram Teatrının direktoru Ədalət Hacıyevin oğludur. Türkiyədə təhsil alır.
Rəqsanə