Meksikada gözəllik yarışmasının direktoru Huqo Ruben Kastellanos Culiacan şəhərində qətlə yetirilib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Kastellanos bazar günü digər iki nəfərlə birlikdə bardan oğurlanıb. Bundan bir neçə saat öncə o, Miss Sinaloa yarışının qalibini elan edib.
Digər iki nəfər daha sonra azad edilib, lakin Kastellanonun cəsədi oğurlanmış avtomobildə aşkar edilib.
Qətlin motivi hələ ki, məlum deyil. Şahidlərin bildirdiyinə görə cənab Kastellanos ilkin olaraq Miss Sinaloa iştirakçıları ilə məclisdə iştirak edib, daha sonra oğurlandığı bara gedib.
Meksikanın Sinaloa ştatında insan oğurluğu və qətli adi hal alıb. Bura məşhur narkobaron Joaquin “El Chapo” Guzmanın vətənidir.