Məşhur aktrisa Məryəm Uzərlinin son ekran işlərində şansı gətirməyib.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, “Gecənin Kraliçası” serialında reytinq əldə etməyən aktrisa “Anamın Yarası” filmində də uğur qazanmayıb. İddialara görə, Məryəm bir müddət ekran işlərinə ara verib, şəxsi biznes işlərinə vaxt ayıracaq.
Aktrisa öz adını daşıyacaq makiyaj məhsullarının istehsalı üçün Dubay və Moskvaya gedir.
O, serial və film təkliflərinə noyabr ayında cavab verəcək.
Rəqsanə