12 Avqust 2016 14:00
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Tünzalə Ağayevanın Fətullah Gülənin sözlərinə bəstələnmiş "Güllərin Əfəndisi" adlı mahnını ifa etməsi yaxşı qarşılanmayıb.

Bu məsləyə Tünzalə Ağayevanın prodüseri Yalçın Cabbarov münasibət bildirib. O, Teleqraf.com-a açıqlamasında Tünzalə Ağayevanın bu mahnını illər əvvəl oxuduğunu qeyd edib: “Tünzalə Ağayeva bu mahnını 5-6 il əvvəl bir dəfə ifa edib. O vaxt Türkiyədə siyasət başqa cür idi və fərqli yanaşma vardı. 10 il əvvəl Fətullah Gülənlə Ərdoğanın çox yaxşı münasibəti var idi. Bu gün onların münasibəti pozulub və o demək deyil ki, çox dəxlisiz söz-söhbət yaranmalıdır. Ona görə bununla bağlı heç bir açıqlama verməyəcəyik. Hazırda Tünzalə xanım Türkiyədədir və bu məsələyə mövqeyi normaldır”.

Mətbuatda xalq artisti Azərinin də 2012-ci ildə “Saman yolu” televiziyasının 20 illik yubileyi ilə əlaqədar keçirilən konsertdə sözləri Fətullah Gülənə aid “Dünya” mahnısını ifa etdiyi bildirilir.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər