Xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruzovanın sosial şəbəkədə stilist Georgi Kotla fotosunu paylaşması yenidən problem yaradıb.
Xalq artisti Ramiz Novruz Teleqraf.com-a açıqlamasında qızı haqqında yayılan xəbərdən narahat olduğunu deyib: “Onun erməni olduğunu yazanlar anormaldırlar. Mən artıq bilmirəm nə deyim. Sözüm yoxdur... Qızım peşəsi ilə əlaqədar o stilistdən dərs alıb. O stilist dünyada tanınır. Georgi Kot erməni olsaydı, ondan dərs almasına icazə verməzdim. O sənət adamıdır və qızımın da onunla sənət əlaqəsi var. Vallah, Georgi erməni deyil, miliyyətcə abxazdır. Şəfəq xanım da bu məsələyə münasibət bildirmək istəmir. Şəfəqi niyə qısqanırlar, anlamıram”.
Rəqsanə