12 Avqust 2016 20:52
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış müğənni Nihat Doğan “Söylemezsem Olmaz” verilişində aparıcı-aktrisa Berna Laçının FETÖ tərəfindən dəstəkləndiyini bildirib.

Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Nihat Doğan Türkiyədə hərbi çevrilişə cəhd günü insanları evlərində oturmağa çağıran Berna Laçının FETÖ-çü olduğunu deyib: “Berna Laçın sonuncu dəfə hansı filmdə çəkilib. Bu qadının filmini, serialını xatrırlayan varmı? Ortaya nə qoyub? Ancaq illərdir ki, ekranlardadır. Nə üçün hər zaman reklama çəkilir, pul verilir? Bunun səbəbi gizli təşkilatların onların arxasında dayanmasıdır. Bu adlar çox kritik vəziyyətlərdə təşkilat tərəfindən istifadə edilir. Bunları ona görə tutub, bəsləyirlər".

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər