Müğənni Nadir Qafarzadə həyat yoldaşı ilə Türkiyəyə istirahətə gedib.
Teleqraf.com xəbər verir ki, Nadir Qafarzadə sosial şəbəkədə foto paylaşaraq onu tənqid edənlərə də ismarış göndərib:
“Bütün Azərbaycana salamlar! Məni sevənləri Allah saxlasın, sevməyənlər isə onsuz da savadsız, zövqsüz, cahillərdir! Onların sevgisi də özləri kimi “kalitəsiz”dir. Çünki mənim varlığım onları narahat edir. Mən Allahın mübarək və sevimli bəndəsiyəm. Səhifəmə daxil olub, təhqir və söyüş yazanlar, yazdıqlarınız özünüzə, ananıza, bacınıza və bütün nəslinizə…İndi ürəkli oğlan nə isə yazsın, amma telefon nömrəsi də qoysun!
Mən isə kefdəyəm. Allah sizi kölə, şanssız və yazıq yaradıb. Mən nə edim? Dostlarıma isə eşq olsun!”
Rəqsanə