26 İyun 2014 13:40
1 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən bahala modellərindən olan braziliyalı model Adriana Lima futbol həvəskarı çıxıb.

Model futbol üzrə dünya çempionatında mübarizə aparan ölkəsinə dəstək çıxıb. Adriana çempionat başladığı gündən etibarən sosial şəbəkədə maraqlı şəkillər paylaşır.

Model əlində top və Braziliyanın bayraq rəngləri əks edilən geyimlər geyinərək kamera qarşısında pozalar verib.

Bu günlərdə isə model milli komandanın köynəyini geyinərək ticarət mərkəzlərindən birində alış-veriş edib. Dünyaca məşhur qadın alt geyimi "Victoria Secret"in mələyi paparazzilərə tuş gəlib.

Xatırladaq ki, futbola böyük maraq göstərən Adriana Lima “Vogue” jurnalının dünya çempionatına həsr olunan fotosessiyasında iştirak edib.


Müəllif: