Mərhum xalq artisti İlhamə Quliyevanın oğulluğu Orxan Nadirov mərhumun ad günü münasibətilə evində ehsan süfrəsi açıb.
Teleqraf.com xəbər verir ki, ehsan süfrəsində xalq artistinin bacıları iştirak etməyib.
Bu haqda sosial şəbəkədə şoumen Sərxan Kərəmoğlu məlumat verib. O, mərhum xalq artistinə müraciətlə yazıb: “İlhamə Quliyevanın evindəyəm. Amma bağışla, "Ad günün mübarək olsun" yazmayacam. Çünki yoxsan... Böyük sənətkar olduğun üçün böyük problemlər də qoyub getdin. Nə dayın oğlu Eldarı, nə Əli Mirəlyevi, nə də bacılarını görə bildim, hələ sənət dostların bir yana...”
Rəqsanə