Məşhur müğənni İbrahim Tatlısəs sosial şəbəkədə qızı Elif Adanın fotosunu paylaşıb.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, yeniden evlənməyə hazırlaşan İbrahim Tatlısəsin qızının fotosunu paylaşması izləyiciləri təəccübləndirib: "Uşaqkən nə gözəldirlər... Böyüdükcə dərdləri böyüyür, problemləri çoxalır. Hər şey böyüyür: maşınları, evləri, dost mühiti. Böyüyəndə insanlar ölür, öldürülürlər. Dostlarınız çoxalır, elə hər şey də ondan sonra başlayır. Davalar, döyüşlər, ölüm-qalım… Körpələr, kaş böyüməyəsiniz və böyükləri də dərindən yaralamayasınız".
Rəqsanə