22 Avqust 2016 16:54
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Taksi sürsəm belə, burda qəbahət və şok sayılası bir şey yoxdur”.

Teleqraf.com xəbər verir ki, Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Ayşad Məmmədov taksi sürücüsü işləməsiylə bağlı bu gün KİV-də yayılan xəbərlərə münasibət bildirərkən belə deyib.

Ayşad Məmmədov yayılan xəbərin doğru olmadığını bildirib: "Təəssüf ki, xəbəri mənim özümlə dəqiqləşdirməyiblər. Dolanışıqla bağlı problemim yoxdur ki, taksi sürüb əlavə qazanc əldə edim. Teatrdan əməkhaqqı alıram, prezident mükafatçısıyam. Taksi sürsəm belə, burda qəbahət və şok sayılası bir şey yoxdur.

Sadəcə, adımın sənətlə bağlı xəbərlərdə deyil, bu şəkildə hallanmasına təəssüflənirəm”.

Xəbəri Ölkə.az saytı yayıb.

Pərvin


Müəllif:

Oxşar xəbərlər