“Ulan İstanbul”, “Kayıp Şehir” və “Paramparça” seriallarında rol almış Türkiyənin ilk trans müğənni-aktrisası Ayta Sözeri cinsiyyətinin dəyişərək kişi olan Rüzgar Erkoçlar haqqında maraqlı açıqlama verib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 40 yaşlı aktrisa heç bir zaman qadın olmadığını bildirib:
“Rüzgar trans kişi olaraq dünyaya gəlib. Sadəcə ona müəyyən zaman lazım idi. Maddi baxımdan vəziyyətinin yaxşı olmasını gözləyirdi”.
A.Sözeri deyib ki, yaxın zamanda R.Erkoçlarla birlikdə kinoya çəkilə biləcəyini söyləyib.
Qeyd edək ki, “Emret Komutanım” serialında “Fato” rolunu canlandırmış 30 yaşlı Rüzgar Erkoçlar 2013-cü ildə cinsiyyətini dəyişib.