Türk model-aktrisa Dəniz Akkayanın sevgilisi Murad Varol ötən həftə Bodrumda sarışın bir qızla görüntülənmişdi.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu fakt mediada “xəyanət” iddiaları ilə gündəmi zəbt edib.
Nəhayət, Dəniz Akkaya bu məsələyə münasibət bildirərək iddialara son qoyub: “Biz onsuz da aylar öncə ayrılmışdıq. Dolayısıyla bu, xəyanət sayılmır”.
Akkaya şiddətlə bağlı xəbərləri təkzib etsə də, fakt odur ki, o məhz 2015-cı ildə məhkəməyə təqdim etdiyi ərizədə sevgilisi tərəfindən şiddətə məruz qaldığını qeyd etmişdi.
Pərvin