Müğənni Lətifə Soyuöz boşanması ilə bağlı xəbərə münasibət bildirib.
Axşam.az-a açıqlama verən ifaçı artıq 1 aydır ayrıldığını deyib: “Şəxsi həyatımla bağlı açıqlama verməyi sevmirəm. 7 ildir ailə qurmuşdum. Çox çalışdıq ki, ailəmizi qoruyaq, amma alınmadı. 1 aydır ayrılmışıq. Allah hər kəsin yolunu açıq etsin. Həyatımda baş verən heç nəyə görə peşman deyiləm. Bu evlilikdən bir övladım var. Allah nəyi, necə məsləhət bildisə, elə də etdi”.
L.Soyuöz Dəniz Soyuöz adlı Türkiyə vətəndaşı ilə ailə qurmuşdu. Onun 2014-cü ildə Arif adlı oğlu dünyaya gəlib.