24 Avqust 2016 11:27
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova avqustun 27-də Almaniyada keçiriləcək "DAF BAMA Music Awards 2016" mükafatlandırma mərasiminə qatılacaq.

Axşam.az-ın məlumatına görə, ötən gün mərasimin rəhbərliyi iştirakçılara veriləcək nominasiyaların adlarını açıqlayıb.

Belə ki, A.Kazımova “Azərbaycanın ən yaxşı qadın sənətçisi” nominasiyasında mükafat alacaq.

Qeyd edək ki, müğənni bir müddətdir Avropanın ən yaxşı arenaları siyahısına düşən "Barclayaard Arena"nın səhnəsində möhtəşəm şou göstərməyə hazırlaşır. Bu arenada Adel, Stinq, Skuter, Rihanna, Kris Braun, Brayn Adams, "Take that" qrupu, Elli Qouldinq və bir sıra dünya ulduzları konsert proqramı ilə çıxış edib. A.Kazımova adıçəkilən beynəlxalq mükafatlandırma mərasiminə dəvət olunan ilk azərbaycanlı sənətçidir.

Dünya ulduzları ilə bərabər qırmızı xalıdan keçəcək xalq artistinin libasını modelyer Gulya hazırlayıb. Sənətçinin stili üzərində isə Ruxa çalışıb.

A.Kazımovanın ən yaxın dostu Rəhim Rəhimli də dəstək üçün xalq artisti ilə Almaniyaya səfər edəcək. "DAF BAMA Music Awards"da Aygün Kazımovanın prodüserliyini Gürcüstanın ən məşhur prodüser və pop ifaçılarından olan Stefane Mqrebrişvili edəcək.


Müəllif:

Oxşar xəbərlər