“Rəcəb İvedik” filmləriylə məşhurlaşan Şahan Gökbakar yenə ata olacaq.
Teleqraf.com xəbər verir ki, aktrisa Selin Ortaçla 2015-ci ilin may ayında ailə həyatı quran aktyor həmin ilin noyabr ayında ilk övladını qucağına alıb.
Türkiyə mətbuatının yazdığına görə, cütlük ikinci övladlarının dünyaya gəlişini gözləyirlər. Belə ki, Selin Ortaç üç aylıq hamilədir.