Keçmiş “Parni iz Baku” KVN komandasının üzvləri bir araya gəliblər.
Teleqraf.com xəbər verir ki, hazırda fərqli sahələrdə çalışan “Parni iz Baku”nun keçmiş üzvləri dostlardan birinin doğum günündə bir araya gəliblər.
Görüşdə “Ultra” prodakşının rəhbəri Pərviz Məmmədov, “Planeta Parni iz Baku” KVN teatrının yaradıcıları və üzvləri Tahir, Cabir İmanov qardaşları, Azər Məmmədzadə, Emil Abbasov, “MGP” şirkətinin rəhbəri Murad Dadaşov, opera solisti Elçin İmanov və başqaları iştirak ediblər.
Görüşdən çəkilən xatirə şəklini Cabir İmanov instaqram hesabında paylaşıb.