Gənc aktrisa Pərvin Abıyeva Atlantik okeanın sahillərində yerləşən Mərakeşin liman şəhəri Kasablankada dincəlir.
Teleqraf.com xəbər verir ki, aktrisa şəhər gəzintilərində çəkdiyi fotoları instaqram hesabında paylaşıb: “Sevdim buranı. Düzdür, balaca və baxımsız şəhərdir, amma havası çox gözəldir, dəyişik bir yerdir”.
Aktrisa Kasablankada arzusuna da çatıb. Belə ki, çoxdan bəri sürmək istədiyi maşının sükanı arxasında əyləşib: “Ferrari... Axır ki, sürdüm bu kuklanı. Hər birinizə arzum: özümüzə qismət olsun beləsi, amma Rent Car yox”.
Pərvin