Yılmaz Erdoğanın həyat yoldaşı Belçim Bilgin Londonda yaşamağa qərar verib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa bu barədə hazırda çəkildiyi “Kördüğüm” serialının istehsalçı şirkətinə deyib. O, serialdan ayrılıb, xaricdə yaşayacağını və karyerasına orda davam edəcəyini bildirib və əlavə edib ki, bu qərar Yılmazla danışıqdan sonra verilib.
2006-cı ildə ailə quran Yılmaz Erdoğan və Belçim Bilgin cütlüyünün Rodin adında bir oğlu var. Mətbuat 2013-cü ildə boşanacaqlarıyla bağlı tez-tez xəbərlər yazsa da, bu baş vermədi. Cütlük boşanmaq əvəzinə ayrı-ayrı ölkələrdə yaşamağa qərar veriblər.
Pərvin