25 Avqust 2016 13:59
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

85 yaşlı amerikalı model və aktrisa Karmen Del Orefis zərifliyi və gözəlliyi ilə hər kəsi heyran qoyur.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bir çox model 35 yaşında artıq bu işin daşını atsa da, 85 yaşlı Karmenin sənətini tərk etmək niyyəti yoxdur.

Enerjisi ilə hər kəsi sehirləyən model 1946-cı ildə 15 yaşındaykən “Vogue” jurnalının siması olub və beləcə, modellik karyerası başlayıb. 15 yaşından bəri də faəliyyətini davam etdirir.

Bu yaşda modellik edərək pul qazanan Karmenin ən böyük məqsədi maddi sıxıntı çəkən anasına kömək etmək olub.

Karmen Del məşhur rəssam Salvador Dalinin ilham mənbəyi olub. Ən uzun modellik karyerasına (70 il) malik olan model kimi isə Ginessin Rekordlar Kitabına düşüb.

Karmen yaxşı yatmağın, intizamlı şəkildə üzməyin və stressdən uzaq qalmağın insanı gözəl və gənc saxladığını deyir.

Ən məşhur sözü isə budur: “İstəyirəm ki, 100 yaşıma qədər yaşayım və öləndə də ayağımda ayaqqabılarım olsun”.

Sevinc


Müəllif:

Oxşar xəbərlər