Xalq artisti Nazpəri Dostəliyevanın sosial şəbəkələrdə paylaşdığı foto müzakirələrə səbəb olub.
Teleqraf.com xəbər verir ki, izləyicilər fotodakı insanın Nazpəri Dostəliyeva olduğuna inanmayıblar: "Nazpəri xanım deyil. Nazpəri xanım kimi makiyaj olunub. Onun elə ağız forması, gözü var?"
“Nazpəri xanım deyil, bu, çox cavandır. Nazpəri xanım gözəl xanımdır, amma yenə də üzdən yaşlı olduğu bilinir”.
Bu səpkili şərhlərdən sonra müğənni açıqlama vermək məcburiyyətində qalıb: “Görürəm axşam instaqram səhifəmdə qoyduğum şəkil müzakirəyə səbəb olub. İmicimdəki bir balaca yenilik, deyəsən, məni çox dəyişdirib. Hətta sevənlərim belə məni tanımaqda çətinlik çəkib. Əzizlərim, o şəkildəki mən özüməm, sizin Nazpəri”.
Pərvin