Əməkdar artist Nicat Kazımovun Moldovada hazırladığı tamaşanın premyerası olub.
Bu haqda rejissor Teleqraf.com-a açıqlamasında deyib.
Onun sözlərinə görə, görkəmli türk yazıçısı Əziz Nesinin “Öldür məni, can-ciyər” pyesi əsasında səhnəyə qoyulan tamaşanın premyerası uğurlu keçib: “Premyera yüksək səviyyədə keçdi, tamaşaçılar əsəri maarqla qarşıladılar”.
Nicat Kazımov Moldovaya Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrının dəvəti ilə gedib. Məqsəd inkişafda olan Qaqauz teatrı ilə qədim köklərə malik Azərbaycan Milli Teatrı arasında yaradıcılıq əlaqələrinin qurulması və genişləndirilməsidir.
Nərmin