29 Avqust 2016 23:53
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova konsert təşkilatçılarına müraciət edib.

Teleqraf.com xəbər verir ki, aktrisa azərbaycanlı müğənnilərin Türkiyədə konsert verəcəyi təqdirdə onlara kömək edəcəyini açıqlayıb: “İstanbul şəhər teatrlarına bağlı olan Harbiyə Açıq Hava səhnəmizdə Sezen Aksudan tutmuş Tarkana qədər məşhur sənət insanlarının iştirakıyla yay konsertləri 1 aydan bəridir ki, davam edir. Ən böyük arzum 4000 nəfərlik belə möhtəşəm bir səhnədə 2017-ci ilin yay konsertlərində azərbaycanlı sənət adamlarının da konsertlərini izləməkdir. Teatrın bədii rəhbərinin müavini kimi azərbaycanlı təşkilatçılara, prodüserlərə köməklik etməyə hazıram”.

Aktrisanın sosial şəbəkədə paylaşdığı bu statusa ilk reaksiya verən oxucu “Bizim üzümüzü ağ edəcək müğənnilərimiz var” şərhini yazıb. Ardınca Məlahət Abbasova səsini bəyəndiyi sənətçilərin adlarını açıqlayıb: “Mən “3 badam, 1 qoz” müğənniləri demirəm. Alim Qasımovun konsertinə 1 dənə də olsun bilet tapılmırdı. Tünzalənin səsini də çox bəyənirəm. Bizim də çox dəyərli sənət insanlarımız var. Kaş onların da burda konsertləri olardı”.

Pərvin


Müəllif:

Oxşar xəbərlər